AZAL Milan Coriçi “Kilimli Bələdiyyəspor”la oyunda sınayacaq
25.07.2011 - 11:44
Azərbaycan Premyer Liqasına hazırlığını Türkiyədə davam etdirən AZAL klubu bu gün 3-cü yoxlama oyununa çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “təyyarəçilər”in rəqibi Türkiyənin 3-cü liqasında Zonquldağı təmsil edən "Kilimli Bələdiyyəsi" klubu olacaq. Əslində bu görüş hazırlıq planında nəzərdə tutulmamışdı. Lakin məşqçilər korpusu futbolçuları yorğunluq fonunda bir daha baxışdan keçirmək üçün nisbətən zəif rəqiblə qarşılaşmağı məqsədəuyğun sayıb. Həm də bu oyunda komandada baxışda olan çernoqoriyalı hücumçu Milan Coriçin yoxlanması nəzərdə tutulur.
Qeyd edək ki, Qızılcahamamdakı toplanış çərçivəsində iki yoxlama oyununda (İranın "Fulad" və "Şahin" klubları) qüvvəsini sınayan AZAL ayın 27-də Türkiyənin Banks Asiya I divizionuna "Konyaspor"la görüşəcək.
Qeyd edək ki, Qızılcahamamdakı toplanış çərçivəsində iki yoxlama oyununda (İranın "Fulad" və "Şahin" klubları) qüvvəsini sınayan AZAL ayın 27-də Türkiyənin Banks Asiya I divizionuna "Konyaspor"la görüşəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0