“Rəvan” Serbiya klubuna uduzdu
25.07.2011 - 13:14
Hazırlığını Sloveniyada davam etdirən “Rəvan” klubu yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın debütantı Serbiyanın OFK klubuna böyük hesablı uduzub – 2:5. Oyunda hesabı Miloş Krstiç pokerə imza atıb. Sonrakı dəqiqələrdə Predraq Pavloviç də təmsilçimizin qapısına yol tapıb. Bakı komandasının heyətində isə əcnəbi hücumçular - Con Pelu və Anhel Qutyerres fərqlənib.
Qeyd edək “Rəvan” növbəti oyununu iyulun 27-də Kutaisinin “Torpedo” klubu ilə keçirəcək.
Qeyd edək “Rəvan” növbəti oyununu iyulun 27-də Kutaisinin “Torpedo” klubu ilə keçirəcək.
0
0