Berti Foqts Braziliyadan dəvət aldı
25.07.2011 - 13:27
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliyadan dəvət alıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis iyulun 30-da Rio-de-Janeyroda keçiriləcək 2014-cü il dünya çempionatının püşkatmasında iştirak edəcək. Mərasimə 106 federasiyanın nümayəndəsi, o cümlədən 38 milli komandanın baş məşqçisi qatılacaq. Onların püşkdən sonra seminarda iştirakı gözlənilir.
Braziliyadakı tədbirdə iştirakını təsdiqləyənlər arasında təşkilatçı ölkənin baş məşqçisi Mano Menezes, Portuqaliya yığmasının çalışdırıcısı Paulo Bentu, habelə Karlos Keyruş (İran), Ali Uliss (Kabo-Verde), Fernando da Kosta Santos (Yunanıstan) var.
Foqtsla yanaşı, dəvət olunanların siyahısında dünya futbolunun bir sıra ulduzları olan baş məşqçilər – son mundialın qalibi Visente del Boske (İspaniya), gümüş mükafatçısı Vert van Marveyk, habelə Fabio Kapello (İngiltərə), Loran Blan (Fransa), Çezara Prandelli (İtaliya), millimizin qrupda rəqibi olan Türkiyə yığmasının hollandiyalı çalışdırıcı Qus Hiddink var. Foqtsun 1996-cı ildə baş məşqçisi kimi Avropa çempionu etdiyi Almaniya yığmasına götürmədiyi üzündən onunla münaqişədə olan, hazırda Bolqarıstan yığmasının baş məşqçisi Lotar Matteusun da Braziliyaya yollanması nəzərdə tutulub.
Qeyd edək ki, Rio-de-Janeroda Cənubi Amerika istisna olmaqla, 6 Konfederasiyadan 5-də seçmə mərhələnin qrupları bölünəcək.

0
0