“Çempionluğa görə Onofraş və Bonfimdən imtina etmərəm”
25.07.2011 - 13:51
“Mənim haqda yazılanlar cəfəngiyatdır. Mən heç vaxt “Xəzər Lənkəran”ın baş məşqçi postunu tərk etməmişəm. Dilimdən açıqlama yazıb, heç vaxt kluba qayıtmayacağımla bağlı yalan məlumat yayanlar mənə Rumıniyaya zəng etməyiblər”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednikə məxsusdur.
Rumıniya mətbuatına açıqlamasında o bildirib ki, karyerası ərzində ən yüksək maaş aldığı klubdan ayrılmağa tələsmir: “Mən Azərbaycana necə qayıtmaya bilərəm ki, orada qazandığım pulu haradasa almamışam. İnsanlar orda mənə hörmətlə yanaşırlar. Haqqımda yazılanları gülüşlə qarşılayıram. Mən klub rəhbərliyi ilə görüşümdə onları yayda aldığımız bəzi futbolçuları saxlamaqla bağlı dilə tutacağam. Mən çempion titulu uğrunda mübarizə aparan məşqçiyəm. Bacarıqlarına bələd olduğum Onofraş və Bonfim kimi oyunçulardan imtina etmərəm. Cəmi 2 həftəlik hazırlıqdan sonra Avropa Liqasında oynamaq asan deyil. Bu axşam rəhbərliklə görüşdən sonra razılığa gəlməsək getmək istəyimi deyə bilərəm. Taleyim görüşün nəticəsindən asılı olacaq”.
Rednik yeni transferlərdən biri haqda yayılan xəbərlərə də münasibət bildirib: “Mən Joao Paulonun transferindən necə 200 min avro qazana bilərəm ki, bu futbolçu komandamıza azad agent kimi gəlib. Bizim Dan Petreskunun çalışdırdığı “Kuban” qədər büdcəmiz yoxdur. Biz bura sərbəst oyunçuları transfer edirik, ya da icarəyə götürürük. Kuboku qazanandan sonra əsasən sərbəst futbolçuları heyətə cəlb etmişik”.

0
0