Əsgər Abdullayev “Dədə Qorqud” dastanından misal gətirdi
25.07.2011 - 15:42
“Gürcüstanda normal hazırlıq keçdik. Məqsədimiz futbolçuları yoxlamaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq, eyni zamanda Premyer Liqa oyunları zamanı meydana buraxacağımız ilk “11-liy”i müəyyənləşdirmək idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib. İyulun 17-dən etibarən Tiflisdə təlim-məşq toplanışında olan Tovuz təmsilçisi artıq vətənə dönüb. Hazırlıq haqda danışan Abdullayev heyətə yeni futbolçular də cəlb etdiklərini açıqlayıb: “Oyundan-oyuna inkişaf hiss olunurdu. Həm də yeni futbolçuları yoxlayırdıq. Yəni seçim davam edirdi. Komandaya cəlb edilən futbolçular var, ancaq müqavilə imzalandıqdan sonra onların adlarını açıqlayacağıq”.
Qapıçı problemini legioner dəvət etməklə yoluna qoyan “Turan”ın baş məşqçisi Sahil Kərimovla danışıqlar aparmadıqlarını da bildirib: “Sahillə danışıq aparmamışıq. Legioner qapıçı ilə bu sahədəki problemi yoluna qoymağı düşünürük”.
Avqustun 1-də Gürcüstandan komanda dəvət edəcək “Turan” doğma meydanda rəsmi oyunlar öncəsi yoldaşlıq matçı keçirmək niyyətindədir. “Hazırkı heyətlə hansı yerlər uğrunda mübarizə aparmaq gücündəsiniz” sualına təcrübəli mütəxəssis belə cavab verib: “İştaha yemək vaxtı gəlir. Sadəcə, onu deyə bilərəm ki, bu dəfə fərqli “Turan” görəcəksiniz”.
Çalışdırdığı komandalarda müdafiə futboluna üstünlük verdiyinə görə daim tənqid olunan Abdullayevin “Turan”da hansı taktikaya üstünlük verəcəyi hələ bilinmir. Lakin baş məşqçi onu tənqid edənlərin də cavabını verməyi unutmayıb: “Futbolda müdafiə olunmaq da var, hücum etmək də. Müdafiə olunmağı bacarmayan komanda yaxşı nəticə qazana bilməz. “Dədə Qorqud” dastanında da var ki, torpağı qorumursansa, onu əkməyə dəyməz. Əgər əkmirsənsə, qorumağa dəyməz. Futbolda 3 hücum – sürətli, tədricən və standart vəziyyətlərdən – var. Şəraitə uyğun taktika seçəcəyik. Bilirsiniz, hansısa komanda yaxşı mənada gözlənilməz nəticəni reallaşdırırsa, onu alqışlamaq lazımdır”.
Hazırkı heyətə cəlb edilən bir neçə futbolçu var ki, son bir ildə böyük futboldan kənarda qalıb. Belə ki, Nadir Nəbiyevlə Ruslan Abbasov Premyer Liqanın başa çatan mövsümünü kənardan izləyib. Görəsən, doğma azarkeşlərin sevimlisi olan hər iki futbolçu əvvəlki formasını bərpa edibm? “Həm Nadir, həm də Ruslan öz üzərində çalışır. Nadir demək olar, ilk “11-lik”də özünə yer eləməyi bacarıb. Ruslan isə tədricən əvvəlki formasını bərpa etməyə doğru irəliləyir”.
Sonda Abdullayevdən yeni mövsümdə komandanın kapitan sarğısını hansı futbolçunun daşıyacağını da öyrənməyə çalışdıq. Ancaq Abdullayev bu suala aydınlıq gəlmədiyini bildirib: “Kapitan sarğısını kimin daşıyacağı bilinmir. Bunu çempionat öncəsi futbolçular seçəcəklər”.

0
0