“Qalatasaray” “Arsenal”ın futbolçusunu 4 milyon avroya transfer edir
25.07.2011 - 16:01
“Qalatasaray” klubun transfer siyahısında yer alan növbəti futbolçu adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” növbəti mövsüm üçün heyətini London “Arsenal”ın futbolçusu Emmaneul Ebue ilə gücləndirməyi planlaşdırır. Türklər Kot d‘Iuvar milli komandasının 28 yaşlı yarımmüdafiəçisini 4 milyon avroya transfer etməyə hazırdırlar.
Emmanuelin “Arsenal”la müqaviləsi 2014-cü ilin yayına kimidir. Vaxtilə London klubun əsas heyət oyunçularından olan Ebue son vaxtlar daha çox ehtiyatda qalır. Universal futbolçu sayılan afrikalı həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynaya bilir.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0