“Xəzər Lənkəran” dağılmır, güclənir!
25.07.2011 - 23:01
“Xəzər Lənkəran” dağılmır və əvvəlkindən daha da iddialı olacaq”. Bu barədə apasport.az saytına cənub təmsilçisinin rəisi Səməd Mustafayev məlumat verib.
Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Təl-Əviv) ilə cavab oyunundan sonra “ağ-yaşıllar”ın baş məşqçi Mirça Redniki istefaya göndərməsi, legionerlərdən imtina edib əsasən gənc yerli futbolçulara üstünlük verəcəyi barədə yayılan xəbərlər şok effekti yaratmışdı. Amma az öncə əməkdaşımızla söhbətində Mustafayev bildirib ki, rumıniyalı mütəxəssislə danışıqlar yekunlaşıb və transferə çıxarılan futbolçular komandada qalacaqlar.
Bununla belə, klub rəsmisi ad çəkməsə belə, heyətə layiq olmayan futbolçuların transferə çıxarılacağını və onların əvəzinə daha güclü futbolçuların alınacağını vurğulayıb: “Komandamızın məqsədi əvvəlki kimi, yenə ölkə çempionatında qızıl medallar, kubokda isə qalib adı uğrunda mübarizə aparacaq”.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0