Milli komandanın baş məşqçisi qovuldu
26.07.2011 - 09:27
Milli komandanın baş məşqçisi qovuldu
Argentina milli komandasının baş məşqçisi Serxio Batista tutduğu vəzifədən azad olunub. Apasport.az saytının məlumatına görə, futbol federasiyasının növbədənkənar iclasında çalışdırıcının istefaya göndərilməsi qərara alınıb. Belə addımın atılmasında Argentinada təşkil olunan Amerika kubokundakı uğursuz çıxışın rolu olub. Bir neçə gün əvvəl başa çatan yarışı 1/4 finalda başa vuran meydan sahibləri indi baş məşqçi axtarışlarına çıxıblar. Yığmanı 17 oyuna çıxarıb 8 qələbə və 3 məğlubiyyət zamanı iş başında olan Batistanın xələfi olmağa əsas namizəd 1986-cı ildəki dünya çempionluğunun memarı Karlos Bilardodur. Onun yeganə rəqibi isə Alexandro Sabelyadır.