“Xəzər Lənkəran”la nəticələr qazanmaq istəyirəm”
26.07.2011 - 09:49
“Mənim və digər rumıniyalıların “Xəzər Lənkəran”dan ayrılması ilə bağlı sual mövcud deyil. Biz əvvəlki kimi bu klubdayıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
49 yaşlı mütəxəssis Rumıniya mətbuatına açıqlamasında komandasının həmişəki kimi yenə iddialı olacağını bildirib: “Müzakirə digər ölkələrdən olan legionerlərlə bağlıdır. Rəhbərlik onları saxlamaq istəmir. Onların bəziləri komandadan gedir. Mən isə heyətdə islahatlar istəmirəm. Çünki mən “Xəzər Lənkəran”la nəticələr qazanmaq istəyirəm”.
Rednik bildirib ki, klubda yaşanan bir neçə günlük gərginlik ərzində “Styaua”dan aldığı təklif haqda düşünürmüş: “Həqiqətən də “Xəzər Lənkəran”da problemlərim var idi. Kluba gətirdiyim bəzi futbolçular transferə çıxarılmışdı. Özü də bu vəziyyət çempionatın startına təxminən 10 gün qalmış yaranmışdı. “Styaua”nın təklifi üzərində düşünmək vaxtı çatmışdı”.

0
0