“Rəhbərlik “Qəbələ”nin avrokuboklara düşmək uğrunda mübarizə aparacağını deyib”
26.07.2011 - 10:01
“Qəbələ”də yeni çempionata böyük ümidlər var. İndi rəhbərlik baş məşqçinin razılığı ilə yerli futbolçular seçir, Toni Adams isə xaricdə münasib futbolçular axtarır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun yeni transferi Aleksandr Çertoqanov deyib. Yığmamızın da üzvü olan 31 yaşlı milliləşdirilən ukraynalı futbolçu 2004-cü ildə ölkəmizdə oynayır. Bu müddətdə “Bakı”, “Neftçi”, “Simurq”, “İnter”də çıxış etmiş Çertoqanov üçün “Qəbələ” Azərbaycanda 5-ci klub oldu. Aleksandr yeni komandasında yerli futbolçulardan və legionerlərdən ibarət sintez yaradılacağını bildirib: “Özü də azərbaycanlı futbolçular əsas və gənclər yığmamızın üzvləridirlər. Növbəti mövsümə planlara gəlincə, rəhbərlik “Qəbələ”nin avrokuboklara mübarizə aparacağını deyib. Bunun üçün lazım olan hər cür şərait yaradılır – bizim stadionumuz, məşq kompleksi, baza, istirahət üçün yerimiz olacaq”.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0