AFFA-dan yenilik: Avtobusa min, get
26.07.2011 - 10:24
AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da avqustun 10-da, saat 20:00-da keçiriləcək Azərbaycan – Makedoniya milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununun azarkeşlərinə assosiasiya tərəfindən avtobuslar ayrılacaq. Apasport.az saytının məlumatına görə, azarkeşlər metronun Əzizbəyov stansiyasından “Dalğa Arena”ya gedib-gəlmək üçün ayrılan avtobuslardan pulsuz istifadə edə biləcəklər. Həmin gün saat 18:00-dan başlayaraq hərəkət edən avtobuslara minmək üçün oyunun biletini təqdim etmək vacibdir.
Qeyd edək ki, oyuna biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında, Park Bulvarda, Şüvəlan Parkda, Xəzər Golden Beach-də və Accessbank-ın Mərdəkan filialında almaq olar.
Mənbə: affa.az
Qeyd edək ki, oyuna biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında, Park Bulvarda, Şüvəlan Parkda, Xəzər Golden Beach-də və Accessbank-ın Mərdəkan filialında almaq olar.
Mənbə: affa.az
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0