“Qarabağ” sabah “Brügge”nin stadionunda məşq edəcək
26.07.2011 - 10:57
Azərbaycanın avrokuboklarda qalan yeganə təmsilçisi “Qarabağ” səfərə hazırlaşır. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, iyulun 28-də Avroliqanın III təsnifat mərhələsində Belçikanın “Brügge” komandasının qonağı ağdamlılar bu səhər Tofiq Bəhramov adına stadionda hazırlaşmaqla, Bakıdakı sonuncu məşqini edib. Günorta yeməyindən sonra “Qarabağ” Bakı – İstanbul – Brüssel reysi ilə Belçikaya yollanacaq. Komandamız yerli vaxtla 21:35-də (Bakı vaxtilə 00:35-də) çatacağı Brüsseldən isə oyunun baş tutacağı şəhərə üz tutacaq. Ağdam təmsilçisi Brüj şəhərində NH otelində qalacaq. Sabah “Qarabağ” oyunun keçiriləcəyi stadionda saat 20:30-da məşqə çıxacaq.
0
0