“Banca Sempione”nin əməkdaşı Respublika stadionunda
26.07.2011 - 11:12
Ağdamın “Qarabağ” klubunun Avroliqanın III təsnifat mərhələsinin Belçika “Brügge”si ilə cavab oyununun hakimi Saşa Keverin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı FİFA referisi “Banca Sempione” bankının əməkdaşıdır. Hakimliyə 16 yaşında başlayan Kever UEFA-nın hakimlər üçün 2-ci kateqoriyasına daxildir. Musiqi pərəstişkarı olan isveçrəli kitablara olan sevgisi ilə də seçilir.
Zəngin beynəlxalq karyeraya malik Kever 2 dəfə klublarımızın oyununda fit çalıb. 2009-cu ildə Çempionlar Liqasının “Ekranas”la Litvadakı oyununda o, “Bakı”nı penalti ilə cəzalandırmışdı. Lakin təmsilçimiz rəqib meydanından heç-heçə ilə qayıtmağa müvəffəq oldu – 2:2. Ötən il isə yenə Çempionlar Liqasında komandamızın qarşısına çıxan isveçrəli Bakıya gəlmişdi. O, “İnter”in Polşa “Lex”inə 0:1 hesablı məğlubiyyətini qeydə alıb.
Qeyd edək ki, avqustun 4-də baş tutacaq qarşılaşma Respublika stadionunda keçiriləcək.

0
0