“Klub rəhbərliyinin qərarına inanmadım”
26.07.2011 - 12:30
“Klub rəhbərliyimizin qərarına əvvəlcə inanmadım. Bizim üçün gözlənilməz idi. Bu, baş versəydi, Azərbaycan futbolunun dağılması demək idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayev deyib.
Avroliqada Təl-Əviv “Makkabi”sinə yeniləndən sonra bütün legionerlərdən imtina edən və bəzi aparıcı oyunçularını isə transferə çıxaracağı açıqlanan “Xəzər Lənkəran” rəhbərliyi fikrindən daşınıb. Belə ki, ötən həftə çıxarılan qərar ləğv edilib. Artıq komanda üzvləri bu gün paytaxtda bir araya gələrək Lənkərana yola düşüb.
Elnur qərarın dəyişdirilməyinə görə şükür edir: “Bu cür şərait, azarkeşlər və sair. Şükürlər olsun ki, qərar dəyişdi və komanda əvvəlki kimi iddialı çıxış edəcək. Dünən zəng vurub, hamını bazaya dəvət etdilər. Yenə deyirəm, “Xəzər Lənkəran” kimi klubun məhv olması futbolumuza yaxşı nəsə vəd etmirdi”.
Qışda əyalət təmsilçisinə transfer olunan və komandanın aparıcı oyunçularından hesab edilən Abdullayev Avropa Liqası çərçivəsində “Makkabi” ilə keçirilən oyunların heç birində meydana çıxmayıb. Gənc yarımmüdafiəçi bunun səbəbini belə izah edib: “Yoldaşlıq oyunlarında daim çıxış edirdim. Baş məşqçi Mirça Rednik də hazırlığımdan razı idi. Ancaq o, nə Tel-Əvivdə, nə də Lənkəranda şans verdi. Rednikin fikrinə hörmətlə yanaşıram. Komandanı baş məşqçi qurur”.

0
0