“İlk matçı səfərdə keçirmək bizim üçün üstünlük deyil”
26.07.2011 - 13:03
“Rəqib haqda məlumat toplamışıq. İnternet vasitəsilə “Brügge”nin oyunlarından fraqmentlər izləmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ”ın klubunun futbolçsuu Maksim Medvedev deyib. Avroliqanın III təsnifat mərhələsi çərçivəsində iyulun 28-də səfərdə “Brügge” ilə görüşəcək “Qarabağ” bu gün yola çıxır. Bakı-İstanbul-Brüssel reysi ilə Belçikaya yollanacaq təmsilçimiz Bakıya sərfəli nəticə ilə dönmək niyyətindədir.
Rəqibin xüsusilə hücum xəttinin təhlükəli olduğunu qeyd edən Medvedev əsas yükün müdafiəçilərin üzərinə düşəcəyini qeyd edib: “Onların hücum xətti təhlükəlidir. Yeni futbolçuları var. Əsas hücumçusu ötən mövsüm 28 qol vurub. Sol cinah yarımmüdafiəçisi də güclü futbolçudur. Ona görə də ağırlığın müdafiəçilərin üzərinə düşəcəyini qeyd edə bilərəm”.
22 yaşlı sağ cinah müdafiəçisi ilk oyunun səfərdə keçirilməsinin “Qarabağ” üçün üstünlük olmadığını qeyd edib: “İlk oyunun səfərdə olması üstünlük deyil. Evdə oynasaydıq, daha yaxşı olardı. “Tvente”, “Borussiya” ilə qarşılaşmalarda səfərdə məğlub olduğumuza görə oyuna köklənə bilmirdik. Ancaq güclü rəqiblərlə ilk oyunu evdə keçirsəydik, səfərə yaxşı nəticə ilə yollanmaq olardı. Ancaq biz istənilən halda, sona qədər mübarizə aparacağıq”.

0
0