Həşimov və Məmmədyarov Rəcəbovu qabaqladı
26.07.2011 - 13:21
Həşimov və Məmmədyarov Rəcəbovu qabaqladı
Çinin Ninbo şəhərində keçirilən şahmat üzrə dünya çempionatının yekununa əsasən lövhələr üzrə ən yaxşıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandasının heyətindən heç kim ilk “üçlüyə” düşməyib.

Yığmamızın heyətində ən yaxşı yeri Vüqar Həşimov və Şəhriyar Məmmədyarov tutublar. Hər 2 zəka sahibimiz 9 matçdan 5 xal toplayaraq, II və III lövhələrdə 4-cü olub. Teymur Rəcəbov onlardan 0,5 xal çox toplasa da, I lövhədə 5-ci olmağı bacarıb.

Yığmamızın digər üzvləri – Qədir Hüseynov 4-cü lövhədə 2 xalla 8-ci, Rauf Məmmədov isə 3 lövhədə 1,5 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu gün başa çatan mundialda Azərbaycan milli komandası 7-ci yeri tutub.

I lövhə

Şahmatçı
Reytinq
Ölkə
Oyun
Xal
Faizlə
1. Nao Vanq
2718
Çin
9
6
66,7
2. Sergey Movsesyan
2700
Ermənistan
9
6
66,7
3. Aleksandr Qrişuk
2746
Rusiya
8
5,5
68,8
4. Qata Kamski
2741
ABŞ
9
5,5
61,1
5. Teymur Rəcəbov
2744
AZƏRBAYCAN
9
5,5
61,1
6. Peter Leko
2717
Macarıstan
9
5,5
61,1


II lövhə

Şahmatçı
Reytinq
Ölkə
Oyun
Xal
Faizlə
1. Yue Vanq
2709
Çin
9
7
78,8
2. Yan Nepomnyaşi
2711
Rusiya
9
6
66,7
3. Vladimir Akopyan
2667
Ermənistan
9
6
66,7
4. Vüqar Həşimov
2760
AZƏRBAYCAN
9
5
55,6


III lövhə

Şahmatçı
Reytinq
Ölkə
Oyun
Xal
Faizlə
1. Aleksandr Moiisenko
2715
Ukrayna
8
6
75,0
2. Çao Li
2669
Çin
8
5
62,5
3. Yudit Polqar
2699
Macarıstan
9
5
55,6
4. Şəhriyar Məmmədyarov
2765
AZƏRBAYCAN
9
5
55,6
...12. Rauf Məmmədov
2669
AZƏRBAYCAN
5
1,5
30,0


IV lövhə

Şahmatçı Reytinq Ölkə Oyun Xal Faizlə
1. Çaba Baloq2643Macarıstan8562,5
2. Nikita Vityukov2733Rusiya6466,7
3. Robert Hiss 2609ABŞ63,558,3
...8. Qədir Hüseynov2625AZƏRBAYCAN4250,0