Berti Foqts Bakıdakı toplanışda 24 futbolçuya dəvət göndərdi
26.07.2011 - 13:42
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 1-dən 4-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısı müəyyənləşib. Baş məşqçi Berti Foqts Makedoniya yığması ilə avqustun 10-dakı qarşılaşma ərəfəsində təşkil olunacaq hazırlıqlara 24 oyunçu çağırılıb. Onlar arasında Avroliqadakı yeganə təmsilçimiz olan “Qarabağ”ın heç bir futbolçusu yer almayıb. Bu komandanın ayın 4-də Belçika “Brügge”si ilə görüşməsi ilə bağlıdır.
Qeyd edək ki, Milli komandanın hazırlıq prosesinə dəvət olunduqları üçün Amit Quluzadə və Andriy Popoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqustun 1-dən -4-ə qədər Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcəklər.
Mənbə: affa.az
Qeyd edək ki, Milli komandanın hazırlıq prosesinə dəvət olunduqları üçün Amit Quluzadə və Andriy Popoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqustun 1-dən -4-ə qədər Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcəklər.
Kamran Ağayev | Xəzər Lənkəran |
|---|---|
Aqil Məmmədov | Bakı |
Andriy Popoviç | Sumqayıt Şəhər |
Volodimir Levin | İnter |
Saşa Yunisoğlu | Qəbələ |
Usim Nduka | AZAL |
Aqil Nəbiyev | AZAL |
Vurğun Hüseynov | Qəbələ |
Rail Məlikov | Neftçi |
Elnur Allahverdiyev | Xəzər Lənkəran |
Ruslan Əmircanov | Neftçi |
Əziz Quliyev | Bakı |
Ruslan Abışov | Neftçi |
Mahir Şükürov | Qəbələ |
Amit Quluzadə | Ərciyəspor |
Aleksandr Çertoqanov | Qəbələ |
Rahid Əmirquliyev | Xəzər Lənkəran |
Elnur Abdullayev | Xəzər Lənkəran |
Cavid Hüseynov | Neftçi |
Elvin Məmmədov | Bakı |
Fabio Luis Ramin | Bakı |
Arif İsayev | Qəbələ |
Elşən Məmmədov | AZAL |
Murad Hüseynov | Qəbələ |
Mənbə: affa.az
0
0