Makedoniya millisini Bakıya bizlərə tanış baş məşqçi gətirəcək
26.07.2011 - 14:07
Makedoniya milli komandasının avqustun 10-da Azərbaycan yığması ilə səfərdəki yoldaşlıq görüşünə çıxaracaq baş məşqçi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da oyunda rəqibin sükanı arxasında Boban Babunski olacaq.
Mirsad Yonuzu istefa göndərəndən sonra baş məşqçi axtaran Makedoniya Futbol Federasiyasının rəhbərliyinin səyləri hələ də nəticə verməyib. Belə olan halda, vaxt azlığını nəzərə alan makedoniyalılar millini 21 yaşlılardan ibarət yığma komandasını çalışdıran Babunskiyə tapşırıb. O, komandanı ölkəmizə gətirib, görüşə çıxarandan sonra U-210in sükanı arxasına qayıdıb, onu seçmə oyunlara hazırlayacaq.
Qeyd edək ki, bu, Babunskinin ölkəmizə 2-ci səfəri olacaq. O, 2008-ci ilin iyulunda Makedoniyanın “Rabotniçki” klubunun çalışdırıcısı kimi Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda 0:0, Skopyedə 1:1 hesablı bərabərlik edərək, sonda mübarizədən kənarda qalıb. Gənc çalışdırıcı Finlandiya ilə ev (5:1), Hollandiya (0:0) ilə Amsterdamdakı rəsmi oyunda, Lixtenşteynlə Vadustdakı yoldaşlıq görüşündə (2:1) millinin sükanı arxasında olub.

0
0