“Hamıya Bakıda ən yaxşı keyfiyyətlərini göstərmək imkanı yaradacağam”
26.07.2011 - 14:20
“Hamıya Bakıda ən yaxşı keyfiyyətlərini göstərmək imkanı yaradacağam”
“Federasiyamızın nümayəndəsi kimi yığmaya həmişə kömək etməyə hazıram. Bu, bizim hamımız üçün böyük bir şərəfdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Makedoniya yığmasının baş məşqçisi Boban Babunski deyib. Bu ölkənin milli komandası Azərbaycan yığması ilə avqustun 10-da Bakıdakı yoldaşlıq görüşünə bu gənc çalışdırıcının rəhbərliyi altında çıxacaq. Makedoniyanın 21 yaşlılardan ibarət yığma komandasını çalışdıran Babunski müvəqqəti sükanı arxasında olduğu millisinin heyətində ölkəmizə gələcək futbolçuları müəyyənləşdirib: “İndiki anda ən vacibi olan odur ki, ölkəmizi Azərbaycanda təmsil edə biləcək ən yaxşı futbolçuların hamısı diqqət mərkəzində saxlayım. Gənclər yığmasında işimi burada da davam etdirəcəyəm. Bu komandada hamıya özünü Bakıda peşəkar səviyyədə, ən yaxşı keyfiyyətlərini göstərmək imkanı yaradacağam. Bu gün futbolçuları dəvət göndərdik, onlar əlaqə saxladıq. Ümid edirəm ki, yaxın günlərdə siyahımız federasiyamızın rəsmi saytında açıqlanacaq”.