Toni Adams: “Qəbələ”də heç kim məndən dərhal çempionluq tələb etmir
26.07.2011 - 16:30
“Azərbaycanda debüt oyunumda səfərdə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzduq. Görüşdən sonra mətbuat konfransında 30-40 jurnalist, telekameralar gözləyirdim. Ancaq sonda orada 2 müxbir və 1 operator vardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams İngiltərə mətbuatına açıqlamasında deyib. Hazırda komandasına vətənində, Londonda təlim-məşq toplanışı keçən ingilis mütəxəssis ötən mövsüm ölkəmizdə debüt oyununu xatırlayıb: “Onda mənə ilk sual belə idi: “Bizim azarkeşlər sizin üçün necədir?” Mən də cavab verdim ki, möhtəşəmdir, onlar komandanı əla dəstəkləyirdilər. Adam elə gəlirdi ki, azarkeşlərin sayı 4 minə yaxın idi. Gördüklərimə xoş təəccübləndim. Ardından 2-ci sual gəldi: “Bəs stadionumuz haqda nə deyə bilərsiniz?” Dedim ki, möhtəşəm arenadır, çoxlarına nümunə ola bilər. Bununla suallar qurtardı. Mən öz-özümə dedim ki, sən iş yeri üçün düzgün ölkə seçmisən”.
Adams “Qəbələ”nin yaxşı büdcəsinin, komandaya 13 minlik stadion, baza inşa etmək niyyətlərinin olduğunu bildirib: “Bütün bu planları 1 saata həyata keçirmək qeyri-mümkündür. Məndən heç kim dərhal nəticə - çempionatda qələbə tələb etmir. Yəqin ki, daha çox tələbləri özüm özümə edirəm. Əvvəldən prezidentə deyə bilərdim ki, mənə 100 milyon var, çempionatı qazanıb, evdə gedə bilərəm. İlk mövsümdən ən çox yadımda qalan odur ki, mən işləyə, səhv edə, bundan öyrənib, böyüyə bilərdim. Özü də bu zaman İngiltərə olduğu kimi, 400 jurnalistin, azarkeşlərin istefa tələbini, paltardəyişmə otağına girib, qışqıraraq nə baş verdiyini soruşan klub sahibkarını eşitmirdim”.
“Qəbələ”nin çalışdırıcı İngiltərədə istefaların çoxluğuna yenidən toxunaraq, vətənində məşqçilərin qədrini bilmədiklərini söyləyib: “Çoxları hesab edirdi ki, mən Azərbaycana getməklə düşüncəsiz hərəkət edirəm. Ancaq əslində bu, belə deyil. Bu İngiltərədə belədir ki, sən daim barıt çəlləyinin üstündə oturursan. Axı bizdə məşqçilər bir yerdə uzun müddət qalmırlar. Məsələn, İngiltərənin I divizionunda mütəxəssis komandanın sükanı arxasında 6 ay qalır, Premyer Liqada 1-3 il. Mən “Qəbələ”yə rəhbərlik etdiyim vaxtdan - 2010-cu il aprelindən ölkəmizdə 92 məşqçidən 20-si istefaya gedib. Əminəm ki, britaniyalı məşqçilərə inamı qaytarmaq lazımdır. Axı heç kimə işləməyə imkan vermirlər. Hətta klubların sahibkarların adətən səbir göstərdiyi aşağı liqalarda belədir. Məşqçilik peşəsinə bir qəpik qiymət vermirlər”.
Adams 13 min əhalisi olan Qəbələdə yaşamaqdan məmnundur. O, həyat yoldaşı və 2 kiçik oğlanlarını bu ilin sonuna kimi mütləq yanına gətirmək fikrindədir: “Planetin hansı nöqtəsində olursansa ol, əsas, özlüyündən rahat olmaqdır. Bura mənim xoşuma gəlir. Sakit gözəl təbiəti, möhtəşəm yerləri var. Hərçənd əslində mən harada olsam, yaşaya bilərəm”.

0
0