“Neftçi” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçiləri 20 min dollar qazanıblar
26.07.2011 - 17:45
“Neftçi” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçiləri 20 min dollar qazanıblar
SSRİ-nin yığma komandasının 1988-ci ildə Avropa çempionatının gümüş medal qazanmasına görə aldığı mükafat açıqlanıb. Apasport.az saytının məlumatına görə, həmin vaxt millinin aparıcı futbolçularından olan ukraynalı yarımmüdafiəçi Aleksandr Zavarov 23 il öncə Almaniyada keçirilən qitə birinciliyinin çıxışlarına görə mükafatlandırma haqda danışıb. Zavarov çətinliklə də olsa məbləği yada salıb: “Bunu xatırlamaq çətindir. Ancaq əlbəttə, bu vəsait indiki mükafatlarla heç bir müqayisəyə gələ bilməz. O vaxt hər birimiz oyun sayına, o cümlədən seçmə mərhələdə keçirdiyimiz matçlara görə müvafiq məbləğ aldıq. Bu, hardasa 20 min dollar idi”.

Qeyd edək ki, həmin vaxt SSRİ yığmasının Avropa çempionatının gümüş medalını qazanan futbolçulardan ukraynalılar - Anatoli Demyanenko ilə Viktor Pasulko sonradan məşqçi kimi ölkəmizdə çalışıblar. Pasulko 2006-cı ilin ilk yarısında “Xəzər Lənkəran”da, Demyanenko 2008-ci ildə “Neftçi”də 9 ay baş məşqçi işlədikdən sonra istefaya göndərilib. Sonuncu milli çempionatımızın bürünc medalını qazanıb.