Meydan sahibləri üçün uğursuz gün
27.07.2011 - 09:03
Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günü meydan sahibləri üçün uğurlu olmayıb. Təsadüfi deyil ki, 8 görüşdən yalnız 2-də yerli komanda qalib gəlib. Qonaqlar 3 qələbəyə sevindiyi halda, 3 matç heç-heçə nəticələnib.
Postsovet məkanı təmsilçilərinin duellərinin ən maraqlısı Kiyevdə olub. “Dinamo” ÇL-in qrupunda rəqib olduğu “Rubin”ə evdə uduzmaqla, mərhələ keçmək şansını xeyli azaldıb. Müxtəlif turnirlərdə klublarımızla görüşən “Ekranas”la BATE-nin oyununda qolsuz bərabərlik qeydə alınıb.
“Zestafoni” isə “Şturm”la ev oyununda hesabda irəli çıxsa da, az sonra buraxdığı qolla üstünlüyünü əldən verib. İndi gürcülər mərhələ keçmək üçün Avstriyadakı cavab görüşündə ən azı məhsuldar bərabərliyə nail olmalıdır.
26 iyul
"Zestafoni" (Gürcüstan) - "Şturm" (Avstriya) – 1:1
Gelaşvili, 74 – Volf, 78
“Ekranas” (Litva) - BATE (Belarus) – 0:0
APOEL (Kipr) - “Slovan” (Slovakiya) – 0:0
“Liteks” (Bolqarıstan) - "Visla"(Krakov, Polşa) – 1:2
Vellinqton, 45 – Lamey, 19, Melikson, 76
“Dinamo” (Kiyev, Ukrayna) – “Rubin” (Rusiya) – 0:2
Kaseyv, 6, Natço, 68
“Genk” (Belçika) - "Partizan" (Serbiya) – 2:1
Vossen, 70, Ogunjimi, 90 - Tomiç, 65
“Reyncers” (Şotlandiya) - "Malmö" (İsveç) – 0:1
Larsson, 18
“Tvente” (Hollandiya) – “Vaslui” (Rumıniya) – 2:0
Janko, 34, 57

0
0