“İnter” Premyer Liqa klubuna uduzdu - YENİLƏNİB
27.07.2011 - 23:29
Mövsümə hazırlığını Sloveniyada keçirən “İnter” növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri İngiltərə Premyer Liqasına bu il vəsiqə qazanmış “Suonsi” ilə qarşılaşıb.
Oyunda hesab 47-ci dəqiqədə açılıb. Sinkleyr dəqiq zərbə ilə Uels təmsilçisinin hesabda önə çıxarıb. Az sonra Dayer fərqi 2 topa çatdırıb. 75-ci dəqiqədə Şəhriyar Rəhimov tarazlığı bərpa etsə də, 2 dəqiqə sonra Mur “Suonsi”nin üçüncü qoluna imza atıb – 3:1
Qeyd edək ki, Uelsin eyniadlı şəhərinin təmsilçisi 1912-ci ildə yaradılıb. 99 yaşlı “Suonsi” əvvəllər İngiltərə Futbol Liqası adlanan təşkilata 1920-ci ildə qoşulub. 1926 və 1964-cü illərdə İngiltərə kubokunun yarımfinalçısı olub. 10 dəfə Uels kubokunun qalibi adını qazanıb. Ötən mövsüm 28 ildən sonra Premyer Liqaya vəsiqə əldə etməyi bacarıb.

0
0