“Qəbələ” İngiltərə klubuna qalib gəldi
27.07.2011 - 10:15
İngiltərədə təlim-məşq toplanışını davam etdirən "Qəbələ" ötən gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Toni Adamsın komandası İngiltərənin aşağı divizion təmsilçisi "Hayes Yeading"lə qarşılaşıb.
Görüşdə hesabı da məhz "Qəbələ" futbolçuları açıb. Lakin ilk hissənin 24-cü dəqiqəsində qonaqların cavab qolu gəlib. Bununla belə, ikinci hissənin 59-cu dəqiqəsində daha bir dəfə fərqlənən "Qəbələ" görüşdən 2:1 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, "Qəbələ" daha öncə keçirdiyi oyunlarda "Barnet"ə 0:1 hesabı ilə uduzmuş, "Bishops Stortford" ilə qolsuz heç-heçəyə qalmışdı. Son görüşündə isə "Qəbələ" "St Albans City"yə 3:2 hesabı ilə qalib gəlmişdi.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0