Qara xəbər, qara sarğı... Təki nəticə qara olmasın
27.07.2011 - 10:26
Sabah Avroliqada III təsnifat mərhələsinin ilk qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 34 görüş arasında yeganə təmsilçimiz “Qarabağ”ın da oyunu olacaq. Belçikada ciddi sınaq qarşısına çıxacaq Ağdam təmsilçisi bu ölkənin ən titullu klublarından sayılan “Brügge” ilə görüşəcək.
“Qarabağ” turnirin cari mövsümündə bundan əvvəlki mərhələlərində də ilk oyunlarını səfərdə keçirmişdi. Özü də həm Litvada “Banqa”, həm də Farer adalarında “Streymur”la matçlar bizim üçün uğurlu olmuşdu. Təsadüfi deyil ki, Qurban Qurbanovun çalışdırdığı komanda məhz rəqib meydanında qazandığı nəticə sayəsində mərhələ keçmək şansını artırmışdı.
“Qarabağ” Litvada 4:0 hesabı ilə qalib gəlməklə, qarşıya qoyulan vəzifəni yerinə yetirdi və Bakıda da böyük hesablı qələbəmiz qeydə alındı. Ağdamlıların Farer adaları təmsilçisi ilə hər 2 görüşü bərabərliklə nəticələnsə də, məhz səfərdə 1:1 (evdə 0:0) hesablı bərabərlik həlledici oldu.
Göründüyü kimi, məğlubiyyətsiz irəliləyən “Qarabağ” ən azı heç-heçə edib, ən əsası, səfərdə qol vurur. Bu isə güclü rəqiblə görüşdə daha vacibdir. “Brügge” kimi komandaya səfərdə qalib gəlmək çətin olsa belə, hər halda, “Qarabağ” yaxşı nəticə ilə qayıdacağına ümid edir.
“Anderlext”dən sonra ölkəsinin 2-ci ən titullu klubu olan “Brügge” Çempionlar Liqasında qrup mərhələsində oyun təcrübəsinə malikdir. Əlbəttə, Belçikada heç-heçə bizim üçün uğurlu nəticə olacaq. Minimal hesablı məğlubiyyət də mərhələ keçmək şansımızı saxlayacaq. Təbii ki, bu zaman qol vurmaq vacibdir və onda evdəki cavab görüşündə işimiz bir qədər yüngülləşəcək.
“Qarabağ”ın əvvəlki rəqibləri güclü olmasa da, 4 oyuna cəmi 1 qol buraxdı. O da “Streymur”la səfər oyununun son saniyələrində olmuşdu. Komandamız bu görüşlərdə 8 qol vurub. Ancaq təəssüf ki, bunlardan 2-nin müəllifi Rəşad Sadiqov Belçikada meydana çıxmayacaq. Rəşadın qardaşı vəfat etdiyindən, İstanbuldan Bakıya qayıdıb. Əlbəttə, Sadiqovun son vaxtlar göstərdiyi oyunla “Qarabağ”da kapitan sarğısını daşımaq etibar olundu və onun yoxluğu ciddi itki sayılmalıdır. Sadiqovu yarımmüdafiənin mərkəzində makedoniyalı Nderim Nedzipinin əvəzləyəcəyi gözlənilir.
Bakı vaxtilə saat 23:30-da başlayacaq “Brügge” – “Qarabağ” oyununu Arnold Hunter (Şimali İrlandiya) idarə edəcək. Bir neçə gün öncə Norveçdə 90 nəfərdən çox insanın ölümü ilə nəticələnən terror aktına görə, hər iki komanda meydana qara sarğıda çıxacaq.

0
0