Almanlar “Qarabağ”ı xatırladı
27.07.2011 - 10:45
Bundesliqanın qalibi “Borussiya” çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı həmkarlarımız 9 ildən sonra yenidən Çempionlar Liqasına qatılacaq Yurgen Kloppun yetirmələrini tənqid hədəfinə çeviriblər. Dortmund təmsilçisinin qitənin ən nüfuzlu yarışına hazır olmadığını düşünən media nümayəndələrinin fikrincə, Almaniya Superkubokunun “Şalke” ilə qarşılaşmasındakı məğlubiyyət də bunun təzahürüdür.
Həmkarlarımız “Borussiya”nın ötən mövsüm Avroliqa səyahətinin “Qarabağ”la matçlarda başlamasına da toxunublar. Komandanın almaniyadakı 4:0 hesablı qələbədən sonra Bakıda gəzintiyə (1:0) bənzər oyun sərgiləməsinin ÇL-də mümkünsüzlüyünü düşünür: “Çempionlar Liqası Avropada gəzintiyə çıxmaqla müqayisədə tam başqa şeydir. Siz Azərbaycanda gedib rahat oyundan xumarlana, məst ola bilərsiniz. Lakin “Barselona”, “Mançester Yunayted” kimi rəqiblərlə qarşılaşmalarda bu mümkün deyil. Artıq Kaqavanın qarşısını Puyol kəsəcək, Messi kimi ulduza qarşı oynayacağıq”.
Qeyd edək ki, “Borussiya” ÇL-ə qrup mərhələsindən başlayacaq.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0