“Dinamo”dan əzmkar qələbə, “Trabzonspor” məğlub oldu
28.07.2011 - 00:40
Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mübarizəyə “Neftçi”ni turnirdən kənarlaşdıran Zaqreb “Dinamo”sunun səfər oyunu ilə start verilib.
Xorvatiya çempionu ötən mərhələdə 10:0 hesabı ilə qalib gəlməklə, ÇL-in tarixinə ən böyük hesablı qələbə müəllifi kimi düşən Finlandiya HİK-inin qonağı olub. Zaqreblilər daha bir mərhələ adlamağa çox yaxındırlar. Hər halda, finlərin səfərdəki cavab oyununda ən azı 2:0 hesabı ilə qalib gəlməli olduqlarını nəzərə alsaq, "Dinamo" qarşısında duran vəzifəni böyük ölçüdə həll edib.
Təbii ki, futbolsevərlərimizin əsas diqqəti “Trabzonspor”a yönəlmişdi. Türkiyənin vitse-çempionu Portuqaliyanın ən titullu klublarından olan “Benfika” ilə çətin səfər oyununa çıxıb. “Trabzonspor” Avroliqanın son mövsümündə yarımfinala kimi irəliləyən rəqibinə son 20 dəqiqədə təslim olub. Belə ki, həmin vaxt rəqibin müqavimətini qıraraq, 2 qol vuran “Benfika” qazandığı 2:0 hesablı qələbə ilə mərhələ adlamaq şansını yüksəldib. İndi “Trabzonspor” çılğın azarkeşləri qarşısında cavab oyununda mərhələ keçmək üçün böyük hesabla qalib gəlməlidir ki, bu, heç də asan olmayacaq.
27 iyul
HİK (Finlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2
Rinq, 14 - Rafinya, 19 (avtoqol); Sammir, 77
“Kopenhagen” (Danimarka) - “Şamrok Rovers” (İrlandiya) - 1:0
Ottesen, 4
“Odense” (Danimarka) – “Panatinaikos” (Yunanıstan) - 1:1
T. Reqiniussen, 90 - Leto, 47
"Makkabi" (Hayfa, İsrail) - “Maribor” (Sloveniya) - 2:1
Dvalişvili, 8-pen, Yampolski, 70 - Markos, 27
“Standart” (Belçika) – “Sürix” (İsveçrə) - 1:1
Qonsales, 90 - Mehmedi, 79
"Rusenborq" (Norveç) - “Viktoriya” (Çexiya) - 0:1
Pilarj, 33
“Benfika” (Portuqaliya) - “Trabzonspor” (Türkiyə) - 2:0
Nolito, 71, Qaytan, 88
Qeyd edək ki, cavab oyunları avqustun 2-3-də keçiriləcək.

0
0