“Qalatasaray” Arşavinin transferinə 16 milyon avro verir
27.07.2011 - 11:13
“Qalatasaray” Arşavinin transferinə 16 milyon avro verir
“Qalatasaray” rəhbərliyi Rusiya millisinin kapitanı Andrey Arşavini transfer etməkdə israrlıdır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” danışıqlar üçün Türkiyəyə gələn “Arsenal”ın 29 yaşlı hücumçusunun keçidini müsbət həll etməyə çalışır. “Qalatasaray” Arşavinin transferi üçün 16 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, bu yay istirahətinin bir hissəsini ölkəmizdə keçirən Andrey ötən mövsümün sonunda “Arsenal”ın əsas heyətinə düşmədiyindən, özünə yeni komanda axtarır.