Qurban Qurbanov: Rəqibin yarımmüdafiə və hücum xətti çox güclüdür
27.07.2011 - 11:22
“Rəqib haqda məlumat toplamışıq. Fasilə zamanı heyətini xeyli gücləndirib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Brügge” ilə üz-üzə gələcək Ağdam təmsilçisi artıq vətəni tərk edib. Dünən günorta saatlarında Bakı-İstanbul-Brüssel reysi ilə Belçikaya yollanan komandamız bu gün oyun öncəsi son məşqini keçəcək.
Rəqib haqda ətraflı məlumat topladığını deyən Qurbanov hətta “Brügge”nin oyununu da izləyib: “Brügge” heyətinə 10 futbolçu cəlb edib ki, onlardan 7-si əsas heyətdə meydana çıxır. Yoldaşlıq oyununu izləmişik. Rəqibimiz Hollandiya çempionatında 28 qol vuran hücumçunu transfer edib. Ümumiyyətlə, “Brügge” güclü rəqibdir. Xüsusilə, yarımmüdafiə və hücum xətti çox güclüdür. Oyun ərzində daim pressinq edir, standart vəziyyətlərdən maksimum yararlanmağa çalışır”.
Gənc çalışdırıcı səfər oyununda müdafiədə oturmaq niyyətində olmadıqlarını da bəyan edib: “90 dəqiqə müdafiədə oturmaq haqda düşünmürük. Diqqətli oynayıb, yaradacağımız fürsətləri maksimum dəyərləndirməyə çalışacaq. Ordan yaxşı nəticə ilə dönəcəyimizə inanıram”.

0
0