Terri müqavilənin şərtlərini yerinə yetirmir
27.07.2011 - 11:35
“Çelsi”nin kapitanı Con Terri məhkəməyə verilib. Apasport.az saytının məlumatına görə, İngiltərə millisində də kapitan sarğısını daşıyan 31 yaşlı müdafiəçi inşaat şirkətlərindən birinə 1,74 milyon funt sterlinq ödəməlidir.
Terri həmin şirkətlə 3 mənzili almaqla bağlı müqavilə bağlasa da, sonradan onun şərtlərini yerinə yetirməkdən boyun qaçırıb. Belə ki, Con depozit versə də, sonradan mənzilləri almaqdan imtina edib.
Qeyd edək ki, İngiltərənin digər tanınmış futbolçuları – Sol Kempbellə Şon Rayt-Filipsə görə analoji məsələ ilə bağlı 1,2 milyon funt sterlinqlik iddia qaldırılıb.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0