“Rid”in rəmzi “Neftçi”ni unuda bilmir
27.07.2011 - 11:46
“Rid”in rəmzi “Neftçi”ni unuda bilmir
“Uzun müddətli karyeram boyu çox şeylər görmüşəm, maraqlı xatirələrim var. Ən əsası isə onu aydınlaşdırmışam ki, bir çox ölkələrdə, xüsusilə də şərqdə futbola daha çox qiymət verilir, nəinki Avstriyada”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Rid” klubunun müdafiəçisi Oliver Qlasner deyib.

Doğma klubunda 444 oyun keçirməklə komandasının rəmzlərindən birinə çevrilən 37 yaşlı veteran futbolçu karyerasının maraqlı anlarını xatırlayarkən, 2007-ci ilin yayında UEFA kubokunun təsnifat mərhələsində baş tutan “Neftçi” ilə Bakıdakı görüşü də unutmayıb: “Bunun nədən qaynaqlandığını deyə bilmərəm. Bəlkə də bu futbolun çiçəklənmə və inkişaf nümunəsi olmasından irəli gəlir. Bunun təzahürü olan çox şeyləri unutmuram. İsraildə bizi meyvə “atəşinə” tutmuşdular. Azərbaycanda isə 25 min azarkeşin qarşısına çıxmışdıq, lakin özümüzü itirmədik. Moldovada isə bizi tədris mərkəzində yatızdırdılar”.

Qeyd edək ki, səfərdəki ilk matçda kobud səhvlər üzündən 1:3 hesabı ilə uduzan “Neftçi” Respublika stadionuna toplaşan 25 min azarkeş önündə bu məğlubiyyətin əvəzini çıxa bilmədi. Həmin vaxt Qurban Qurbanovun çalışdırdığı komanda ilk yarıda istəyinə çatıb 2 qol vursa da, fiziki hazırlığın bərbad gündə olmasından 2-ci hissədə çox zəif oynayaraq mərhələ keçməyə əngəl olan 1 qolu buraxdı.