Azərbaycan yığması FİFA-nın reytinq siyahısında irəlilədi
27.07.2011 - 12:08
FİFA milli komandaların yeni reytinq siyahısını tərtib edib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığması iyunla müqayisədə, bu ay 1 pillə irəliləyib. Hesabında 282 xalı olan komandamız 111-ci yerdə qərarlaşıb.
Yığmamızın 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya (1305) 3-cü pillədə məskunlaşıb. Bundestim yalnız İspaniya (1588) və Hollandiyadan (1542) geri qalıb. Türkiyə 820 xalla 24-cü, Belçika 691 xalla 37-ci, Avstriya 479 xalla 66-cı, Qazaxıstan 231 xalla 126-cı yerdədir.
Avqustun 10-da Bakıda yoldaşlıq görüşündə qarşılaşacağımız Makedoniya isə 338 xalla 96-cıdır.

0
0