Qələbə qazanmadığımız gün
27.07.2011 - 13:04
İyulun 28-i Azərbaycan klublarının avrokubok tarixinə uğursuz gün kimi düşüb. Apasport.az saytının məlumatına görə, “Qarabağ” qələbə qazanmadığımız günün “qara” simasını dəyişmək üçün avroliqanın III təsnifat mərhələsinin ilk oyunundan zəfərlə dönməlidir.
Belçikada “Brügge”nin qonağı olacaq Qurban Qurbanovun yetirmələrinədək 3 dəfə Azərbaycan klubu avrokubok matçını iyulun 28-də keçirib.
2005-ci ildə “Bakı” Slovakiyada “Jilina”nın qonağı idi. Bakıdakı 1:0 hesablıq qələbəni qoruya bilməyən “zolaqlılar” 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdı.
Eyni gündə “Xəzər Lənkəran” Bakıda meydana çıxmışdı. Moldovada 1:3 hesabı ilə uduzan təmsilçimiz evdə də “Nistru” qarşısında aciz qaldı – 1:2. Bu matçların hər ikisi UEFA kubokuna təsadüf etmişdisə, 2 il əvvəl 28 iyul Çempionlar Liqası matçına da şahid oldu. “Bakı” “Levski” ilə ilk matçda qolsuz heç-heçə edərək Bolqarıstan səfəri ərəfəsində özünü çətin vəziyyətdə qoydu və cavab oyunundan sonra (0:2) mübarizəni dayandırdı.

0
0