“Konyaspor” AZAL-a 3 qol vurdu - YENİLƏNİB
27.07.2011 - 20:00
Türkiyədə təlim-məşq toplanışında olan AZAL bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yerli “Konyaspor”la qarşılaşan bakılılar meydanı məğlubiyyətlə tərk edib.
Patalya otelinin meydançasında baş tutan qarşılaşmada konyalılar fasiləyə üstün yollanıblar – 2:0. İkinci yarıda “təyyarəçilər” buraxılan qollardan birinin əvəzini çıxıblar. Amma Bank Asiya təmsilçisi daha bir qol vuraraq, fərqi yenidən artırıb. Az sonra yenidən fərqlənməsinə baxmayaraq, AZAL məğlubiyyətdən qaça bilməyib – 2:3.
Qeyd edək ki, bundan öncə qonşu ölkədə 3 matça çıxan “təyyarəçilər” 1 qələbə qazanıb və 2 heç-heçə edib. Paytaxt təmsilçisi İran klubları “Fulad” və “Şahin”lə heç-heçə edərək (müvafiq olaraq 2:2 və 0:0) “Kilimli Bələdiyyəsi”ni məğlub edib - 2:0.

0
0