DÇ-2014: Yığmamızın bütün mümkün rəqibləri bəllidir
27.07.2011 - 14:09
DÇ-2014: Yığmamızın bütün mümkün rəqibləri bəllidir
2014-cü il dünya çempionatının seçmə mərhələsinin püşkü zamanı səbətlərin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Ermənistan kimi eyni – V səbətdə yer alıb. Bununla da, FİFA və UEFA bu 2 ölkənin təmsilçilərini iyulun 30-da Braziliyada keçiriləcək püşkatma zamanı bir qrupa salmayacağını təsdiqləyib.

Məlum olduğu kimi, millimiz Ermənistanla Avro-2008-in seçmə mərhələsində bir qrupda düşsə də, o vaxt görüşlərin neytral meydan keçirilməsi ilə bağlı tərəfləri razı sala bilməyən UEFA oyunları ləğv etdi. Bundan sonra artıq 3-cü seçmə mərhələdir ki, bədnam qonşularımızla bir qrupa düşməyəcəyimiz dəqiqləşib.

I səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan

II səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya

III səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, Çexiya, Bosniya və Herseqovina, Belarus, Ukrayna, Macarıstan

IV səbət: Bolqarıstan, Rumıniya, Gürcüstan, Litva, Albaniya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa

V səbət: Ermənistan, Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, AZƏRBAYCAN, Farer adaları

VI səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San-Marino