Makedoniya millisi Bakıya 19 futbolçu ilə gəlir
27.07.2011 - 15:38
Makedoniya millisi Bakıya 19 futbolçu ilə gəlir
Makedoniya millisi avqustun 10-da Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyununa heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Boban Babunski Bakıdakı “Dalğa-Arena”dakı matça 19 futbolçu çağırıb.

Bunlar arasında rəqibin lideri olan İtaliya “İnter”inin hücumçusu Qoran Pandev də yer alıb. Babunski Premyer Liqamızda oynayan futbolçulardan yalnız “Neftçi”də çıxış edən Slavço Georgiyevskiyə dəvət göndərib. Onun Azərbaycan çempionundakı komanda yoldaşı İqor Mitreski isə, ötən ay Şimali İrlandiya ilə matçda olduğu kimi, bu dəfə də yığmadan kənar qalıb.



 Qapıçılar
1.
Tome Paçovski
Jerminal, Belçika

2.

Martin Boqatinov
Karpatı, Ukrayna

 

 Müdafiəçilər

3.

Stefan Ristovski

Krotone, İtaliya

4.

Qoran Popov

Dinamo, Ukrayna

5.

Vladimir Dimitrovski
Mlada Boleslav, Çexiya

6.

Vançe Şikov
Volın, Ukrayna

7.

Daniel Moysov
Voyvodina, Serbiya

 

 Yarımmüdafiəçilər

8.

Muhamed Demiri
Tyun, İsveçrə

9.

Aleksandar Lazevski
Partizan, Serbiya

10.

Stefan Spirovski
Borats, Serbiya

11.

Slavço Georgyevski
Neftçi, Azərbaycan

12.

Veliçe Şumulikoski
Sibir, Rusiya

13.

Vlatko Qrozdanoski
Vardar

14.

Ferhan Hasani
Şkendiјa

 

 Hücumçular

15.

Qoran  Pandev 
İnter, İtaliya

16.

Samir Fazli

Herenven, Hollandiya

17.

İvan Triçkovski
APOEL, Kipr

18.

Aqim İbraimi
Maribor, Sloveniya

19.

Aleksandar Traykovski
Zulte Varegem, Belçika