“Hadisələrin bu qədər uzanması məndən asılıdır” - FOTO
27.07.2011 - 23:02
“Hadisələrin bu qədər uzanması məndən asılıdır” - FOTO
“Qərarımı yaxın günlərdə verəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Karvan”ın sabiq çalışdırıcısı Yunis Hüseynov deyib.
Futbolçu kimi Azərbaycanın ən yaxşılarından olan, daha sonra baş məşqçi postunda “Karvan”la uğur qazanan Yunis Hüseynov karyerasını İranda davam etdirməyə yaxındır. UEFA kubokunda ilk dəfə mərhələ adlayan “Karvan”ın sabiq çalışdırıcısı qonşu ölkənin aşağı dəstəsində çıxış edən komandalardan birinin “sükanı arxası”na keçəcək.

Əslində, o, təxminən 1 aydır İran təmsilçisindən təklif alıb. Hadisələrin bu qədər uzanmasının səbəbi isə Hüseynovla bağlıdır: “Hadisələrin bu qədər uzanması mənimlə bağlıdır. Onlar məndən cavab gözləyirlər. İnşallah, 2-3 gün ərzində qəti qərara gələcəm. Təklif göndərən komanda İranın I dəstəsində çıxış edir”.

Yunis Hüseynov İrana gedəcəyi təqdirdə özü ilə aparacağı məşqçiləri də müəyyənləşdirib: “Yəqin ki, gedəcəm. Əgər qərarım müsbət olsa, özümlə Zakir Mahmudovu və Nadir Şükürovu da aparacam. Düzdür, Nadir hazırda “Kəpəz”də çalışır. Ancaq getməsində problem olmayacaq”.