Bəxtimizə kimlər düşsün? - ARAŞDIRMA
27.07.2011 - 17:02
Artıq 2014-cü il dünya çempionatının seçmə mərhələsinin püşkatması öncəsi səbətlərin tərkibi bəlli olub. Bununla, Azərbaycan millisinin bütün mümkün rəqibləri də müəyyənləşib. İndi azarkeşlərimizi maraqlandıran əsas məsələ hansı komandalarla mübarizə aparacağımızdır.
Bunun üçün iyulun 30-da Braziliyanın Rio-de-Janeyroda şəhərində Bakı vaxtı ilə saat 23:00-da başlayacaq püşkatmanı gözləməliyik. Ancaq buna qədər öz proqnozlarımızı edib, rəqiblərdən hansının arzulanan, hansının arzuolunmaz olması ilə bağlı fikirlərimizi yürüdə, tarixə nəzər sala bilərik.
I səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan
Təbii, ən arzuolunmaz rəqiblər məhz bu səbətdən çıxacaq və onlar öz qruplarının favoritləri olacaqlar. Ona görə ki, məhz bu yığmalar FİFA-nın bu gün açıqladığı reytinq siyahısının ilk 9 pilləsindədir. Bunlardan Almaniya ardıcıl 2-ci ildir seçmə mərhələdə millimizin rəqibidir və hər dəfə bizi asanlıqla yenib. İngiltərə, Portuqaliya, İtaliya, Norveç ilə seçmə mərhələlərdə bir dəfə düşmüşük və hər 2 oyunda uduzmuşuq. Son dünya və Avropa çempionu olan, artıq uzun müddət FİFA-nın reytinqinə başçılıq edən İspaniya yığması seçmə mərhələdə bizə rəqib olmasa da, güclərinə bələdik. Bu, elə Berti Foqtsun baş məşqçiliyi dövründə olub. İspaniya yığması 2009-cu ilin iyunun 9-da Bakıda millimizə yoldaşlıq görüşündə 6:0 hesabı ilə qalib gəlib və bu, yığmamızın evdə ən böyük hesablı məğlubiyyətidir. Xorvatiya və Yunanıstanla isə nə rəsmi, nə də yoldaşlıq görüşündə yollarımız kəsişib. Təbii ki, ispanlar bizim üçün nə qədər arzuolunmazdırsa, Norveç, Xorvatiya, Yunanıstan münasib rəqiblər sayıla bilər.
II səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya
İlk baxışdan Fransanın I yox, II səbətdə yer alması gözlənilməz sayıla bilər. Hər halda, həm dünya, həm də Avropa çempionu olan fransızlar Xorvatiya, Norveç, Yunanıstandan güclüdür. Ancaq səbətlərin müəyyənləşməsi zamanı FİFA-nın bu aya olan reytinqi əsas götürüldü və Fransa 10-cu olduğundan, II səbətə düşdü. Təbii ki, “üçrənglilər” bu səbətin favoriti sayılır və onunla düşməyi heç istəməzdik. Ən azı ona görə ki, Fransa ilə bir dəfə seçmə mərhələdə düşmüşük və onda indiki heyətdən güclü olan millimiz Oserdə 0:10 hesabı ilə uduzmuşdu. Bu, 19 yaşı olan yığmamızın tarixində ən ağır məğlubiyyətdir. Təsəvvür edin ki, qrupumuza Fransa və I səbətdən İspaniya, Hollandiya, İngiltərə, Almaniya, İtaliyadan biri düşsə, onda vəziyyətimiz necə olacaq? Belə 2 çox güclü rəqibi nəinki biz, heç kim arzulamazdı.
II səbətdə digər potensial rəqiblərdən Rusiya ötən, Türkiyə indiki seçmə mərhələdə rəqibimizdir. Millimiz İsveç, Serbiya, Slovakiya ilə əvvəllər bir qrupa düşüb. Serblərə Avro-2004-də hər 2 oyunda uduzmamaqla (səfərdə 2:2, evdə 2:1) Avropanın diqqətini özümüzə çəkdiksə, rəqib sonradan Bakıda 6:1 hesabı ilə qalib gəlməklə, bizə ağır zərbə vurdu. 2001-ci ilin iyununda slovaklara Bakıda 2:0 hesab qalib gəldiyimiz rəsmi oyun ən yaddaqalan görüşlərdən sayılır. 0:2 hesabı ilə uduzduğumuz Çernoqoriya ilə elə Foqtsun vaxtında görüşmüşüksə, Danimarka ilə Sloveniya ilə indiyədək üzləşməmişik. Slovakiya ilə Sloveniya arzuolunan rəqiblər sayılsa da, hər ikisinin son dünya çempionatının final mərhələsində iştirak etdiyini unutmamalıyıq.
III səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, Çexiya, Bosniya və Herseqovina, Belarus, Ukrayna, Macarıstan
Milli komandamız bu səbətdə yer alanlardan yalnız İrlandiya ilə heç vaxt görüşməyib. Ardıcıl 2 seçmə mərhələ bizə rəqib olan Macarıstan hər 4 görüşdə qalib gəlib. Belçika da 2-ci seçmə mərhələdir yığmamızla bir qrupa düşür və hazırda da rəqibimiz olaraq, arxada qalan hər 3 oyunda qələbə qazanıb. Çexiya, Bosniya və Herseqovina, Belarus və Ukrayna ilə isə yoldaşlıq görüşündə qüvvəmizi sınamışıq.
İsveçrə III səbətdə reytinqi ən yüksək olan yığma komanda kimi arzuolunmaz rəqib sayılmalıdır. Ancaq digər tərəfdən, millimiz məhz isveçrəlilər üzərində tarixi qələbə qazana bilib. Bu, 1996-cı il avqustun 31-də Bakıda olub və yığmamızın ilk rəsmi qələbəsi kimi tarixə düşüb. Düzdür, isveçrəlilər 1 il sonra evdə bunun əvəzini artıqlaması ilə çıxa bilib – 0:5. Bu səbətdə Bosniya və Herseqovina ilə Macarıstan nisbətən münasib rəqiblər sayılmalıdır.
IV səbət: Bolqarıstan, Rumıniya, Gürcüstan, Litva, Albaniya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa
Bu səbətdə Avstriya indi də seçmə mərhələ rəqibimizdir və evdə böyük hesabla bizə qalib gəlib – 3:0. Polşa millimizə seçmə mərhələlərdə ən çox düşən yığmalardır və evdə 8:0, 5:0 hesablı qələbələri yaddaşımızdan çıxmayıb. Rumıniya hələ ilk seçmə mərhələ bizimlə görüşüb və hər 2 oyunda böyük hesablı qələbə qazanıb (səfərdə 3:0, evdə 1:4). Şimali İrlandiya da bizə rəsmi oyunlardan tanışdır. Bolqarıstan, Gürcüstan, Litva, Albaniya yalnız yoldaşlıq görüşlərində bizimlə qüvvəsini sınayıb. Hələ heç vaxt görüşmədiyimiz Şotlandiya isə Bolqarıstan, Rumıniya kimi arzuolunmaz, Şimali İrlandiya, Litvanı daha münasib rəqiblər sayılmalıdır.
V səbət: Ermənistan, Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, AZƏRBAYCAN, Farer adaları
Bu rəqiblərlə bağlı müzakirə açmağa dəyməz. Çünki bizimlə bir səbətdə yer alan həmin 8 yığma ilə düşə bilmərik.
VI səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San-Marino
Nəhayət, son səbət haqda. Təbii ki, ən zəiflər burada yer alır. Ancaq burada Uels yığmasının yer almasını haqsızlıq saymaq olar. Çünki uelslilər bundan yuxarı səbətdə yer almağa layiqdirlər. Sadəcə, bu yığma son reytinqdə millimizdən da aşağıda yer almasının əziyyətini çəkməli olacaq. İstənilən halda, Uels son səbətin ən güclüsü kimi ən arzuolunmazdır. İndiyədək 6 dəfə millimizə rəqib olan uelslilər bu rəsmi oyunların 5-də qol buraxmadan qalib gəlib, yalnız 1-də Bakıda 1:1 hesablı bərabərlik edib.
Millimiz İslandiya ilə bir dəfə yoldaşlıq görüşündə üzləşib və Foqtsun komandası 1:1 hesablı bərabərliyə qalıb. Qazaxıstan hazırda rəqibimizdirsə, onun kimi Lixtenşteynlə də 2 seçmə mərhələdə görüşmüşük. Təbii ki, Lixtenşteyn kimi “cirtdan ölkə”nin təmsilçiləri – Lüksemburq, Malta, Andorra, San-Marino ən arzuolunan rəqiblərdir. Bunlardan ilk 3-ü yoldaşlıq görüşündə millimizə rəqib olubsa, sonuncu ilə heç vaxt qüvvəmizi sınamamışıq.
Göründüyü kimi, potensial rəqiblərimiz güclərinə görə bir-birindən çox fərqlənirlər. Biz kiminlə düşmək istəsək, kiminlə istəməsək də, seçim əlimizdə deyil. Yəni püşkdə hansı yığmaları bizimlə bir qrupa salacaqlarsa, onunla da oynamalı olacağıq. Bir sözlə, püşkatmanı gözləyib, bəxtimizi sınayaq...
Mehman SÜLEYMANOV

0
0