“Xəzər Lənkəran”dan “Olimpiya”ya
27.07.2011 - 16:49
“Xəzər Lənkəran” klubunun sabiq həkimi Yuri Keptene özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, vətəninə qayıdan moldovalı “Olimpiya” klubunda çalışacaq.
Beltsı şəhərini təmsil edən komanda elə “Xəzər Lənkəran”a yaxşı tanışdır. Belə ki, “Olimpiya” ötən il Avroliqada lənkəranlıları mübarizədən kənarlaşdırıb (evdə 0:0, səfərdə 1:1).
1984-cü ildə Kişinyov Dövlət Tibb Universitetini bitirən Keptene ötən mövsüm Boris Xetaqurovun gedişindən sonra “Xəzər Lənkəran”a gəlmişdi. Təcrübəli mütəxəssis rumıniyalı baş məşqçi Mirça Rednikin dəvətini qəbul etmişdi. Ancaq hələ Avroliqada Təl-Əviv “Makkabi”si ilə oyundan öncə Lənkəran təmsilçisindən gedən Keptene Rusiya və Moldovanın bir sıra klublarında, o cümlədən öz milli komandasında həkim işləyib.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0