Məhkəmə “Bakı”nın sabiq futbolçusuna “yox” dedi
27.07.2011 - 17:50
Gürcüstan məhkəməsi “Bakı” klubunun sabiq futbolçusu Georgi Demetradzenin şikayətinə baxıb. Apasport.az saytının məlumatına görə, Gürcüstan milli komandasının sabiq hücumçusunun cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciət müsbət cavablandırılmayıb.
Tiflis və Kiyev “Dinamo”su, Rusiya “Alaniya”sındakı çıxışları ilə məşhurlaşan Demetradzenin totalizatorlarla işbirliyi və reketçilikdə ittiham olunaraq 6 illik həbs cəzasına layiq görülmüşdü. Müdafiənin təqdim etdiyi sənədlərə baxan məhkəmə bunların cəzanın yüngülləşdirilməsinə yetərli olmadığını bildirib.
Qeyd edək ki, ötən ilin yayında həbs olunan futbolçu kriminal şəxs sayılan David Qaqnidze ilə birlikdə saxlanılmışdı. İstintaq sayəsində məlum olmuşdu ki, Demetradze qeyri leqal totalizatorda uduzan şəxslərdən birindən on minlərlə dolların alınmasında zor tətbiq edib.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0