“Suonsi”nin baş məşqçisi: "İnter" yaxşı komanda olduğunu göstərdi
28.07.2011 - 08:35
“Suonsi”nin baş məşqçisi: "İnter" yaxşı komanda olduğunu göstərdi
"Bilirsiniz ki, biz bu il İngiltərə Premyer Liqasında çıxış etmək hüququnu qazanmışıq və bu baxımdan burada belə rəqiblə yoldaşlıq matçı keçirmək komanda üçün əhəmiyyət daşıyırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə remyer Liqasına bu il yüksələn "Suonsi" komandasının baş məşqçisi Brendan Rocers deyib.
O, Bakı "İnter"i ilə yoldaşlıq matçı barədə fikirlərini paytaxt təmsilçisinin rəsi saytına açıqlayıb: “Oyun bizim üçün ağır oldu. "İnter" yaxşı komanda olduğunu göstərdi. Mövqe seçməsi, mübarizə aparması, sürətli düşünməsi və sürətli ötürmə etməsi sözlərimi təsdiqləyəcək amillər kimi göstərmək olar. "İnter"ə növbəti mövsümdə uğurlar arzulayıram".