Federasiya milli komandanın futbolçusunu 5 illik cəzalandırdı
28.07.2011 - 08:55
Tanınmış seneqallı futbolçu Əl-Hacı Diuf ağır cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Seneqal Futbol Federasiyası İngiltərənin “Blekbern” klubunun hücumçusunu 5 illik diskvalifikasiya edib. Bu qərar Diufun ölkənin futbol rəhbərliyini korrupsiyada ittiham edəndən sonra qəbul olunub.
Əl-Hacı bağışlana bilər, ancaq bunun üçün o, dediklərini sübut etməli və korrupsiya ilə bağlı araşdırmada iştirak etməlidir. Yığmada çıxışını 2009-cu ildə bitirən 33 yaşlı futbolçu milliyə qayıtmağa cəhd etsə də, federasiya buna əngəl olub.
Qeyd edək ki, Diuf DÇ-2002-də parlaq çıxışından sonra diqqət mərkəzinə düşərək, “Liverpul”a transfer olundu və sonradan başqa İngiltərə klublarına keçərək, 10 ilə yaxındır Premyer Liqada oynayır.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0