"Suonsi" ustalıq sayəsində bizi məğlub etdi”
28.07.2011 - 09:00
"Biz böyük hesablı nəticənin qeydə alına bilinəcəyi rəqiblərlə də yoldaşlıq oyunları keçirə bilərdik. Amma biz "Bursaspor", "Antalyaspor" və "Suonsi" kimi güclü komandalarla qarşılaşmağa üstünlük verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis İngiltərə Premyer Liqasında çıxış edən "Suonsi” ilə yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Ona görə ki, yalnız güclü rəqiblərlə qarşılaşmaqla oyun səviyyəsini yüksəltmək olar. Oyuna gəldikdəsə onu deyə bilərəm ki, sürət, temp və mübarizə aparılması baxımından rəqibdən geri qalmadıq. "Suonsi" ustalıq sayəsində bizi məğlub etdi. Nəticədən asılı olmayaraq, oyundan razı qaldım".

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0