Roman Pavlyuçenko millimizlə görüşmək istəmir
28.07.2011 - 09:30
Rusiya yığmasının futbolçusu Roman Pavlyuçenko 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının püşkatması öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Tottenhem” klubunun hücumçusu bildirib ki, Azərbaycan millisi ilə görüşmək istəmir.
İyulun 30-da Rio-de-Janeyroda baş tutacaq püşkatma öncəsi münasib rəqiblər seçən Roman 2009-cu ilin martında Moskvada 2:0 hesabı ilə qalib gəldikləri millimizi yer aldığı V səbətin ən zəifi saymır: “V və VI səbətlə bağlı seçim artıq asandır. Buna görə də həmin səbətlərdən aşkar münasib rəqiblər var. Bu, V səbətdən Farer adaları, VI səbətdən San-Marinodur. Onlar hamıdan aşkar zəifdirlər. Son səbətdən ən pis variant Uelsdir. Mən başa düşmürəm, bu, yığma ümumiyyətlə, VI səbətə necə düşüb”.
Ancaq Pavlyuçenko Azərbaycanı V səbətin ən güclü yığması da saymır: “Bu səbətdən ən arzuolunmaz rəqib kimi, gəlin, Latviyanı kənara qoyaq”.
Qeyd edək ki, Pavlyuçenko 2 il öncə “Lujniki” stadionunda keçirilən görüşdə cərimə zərbəsindən hesabı açıb.

0
0