“Qarabağ”ın rəqibi 19 futbolçu ilə qalıb
28.07.2011 - 09:39
Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Belçika “Brügge”sinin baş məşqçisi Adri Koster mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis qarşıdakı oyunda 19 futbolçuya güvənə biləcəyini açıqlayıb.
Hoqli, Blondel, Van Qiysegem, Perdiçizzinin hələ də zədəli olmasından gileylənən Koster 19 namizəd arasında Avropa çempionatında uğursuz çıxış edən Belçika U-19 yığmasının üzvü Vanstenkistenin olduğunu da bildirib. O, bu günkü qarşılaşmada Kolin Kusemans, Mihael Almebak, Karl Hofkens, Fredrik Stenman, Niki Zimling, Lior Refaelov, Byorn Vleminks, Nabil Dirar, Viktor Vaskes, Yozef Akpala, Rayan Donk, Tomas Menye, Tibot van Aker, Fries Deşilder, Cimmi de Yonq, Jan Vanstenkiste, Vadis Odjidja, Sven Dhoest və Vladan Kujoviçin meydana çıxa biləcəyini vurğulayıb.

0
0