Adri Koster: Mənim istədiyi qədər qol vura bilən komandam var
28.07.2011 - 09:44
“Qarabağ”ın “Streymur”la oyununu izləmişəm. Mənə elə gəldi ki, rəqibimiz necə futbol oynamağı yaxşı bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Brügge” klubunun baş məşqçisi Adri Koster deyib.
Hollandiyalı mütəxəssis Avroliqanın III təsnifat mərhələsinin bugünkü oyunu ərəfəsində keçirilən mətbuat konfransında qarşılaşacaqları “Qarabağ” haqda yüksək fikirdə olduğunu bildirib: “Texniki cəhətdən səviyyəli oyun göstərən rəqibimizin müdafiəçiləri də çox yaxşı oynayır. Yarımmüdafiə xəttində əla balans var. Onlar cinahlarda isə fərdi ustalığı yüksək olan, matçın taleyini həll edə biləcək futbolçulara malikdir. “Qarabağ” uzun ötürmələrdən nadir hallarda istifadə edir. Ümumilikdə isə onlar məndə xoş təəssürat yaradıb. Rəqibi qiymətləndirməmək olmaz”.
Koster cavab oyunundakı istidən çəkindiklərini, bu səbəbdən də cütün taleyinə Brüggedə aydınlıq gətirməli olduqlarını düşünür: “İki oyunun nəticəsinə görə mərhələ keçməliyik. Bunun üçün evdə qol buraxmamaqla qalib gəlməliyik. Hiss edirəm ki, bütün futbolçularımız bu matçı səbirsizliklə gözləyirlər. Bakıya qənaətbəxş nəticə ilə yollanmalıyıq. Orda gündüz 40 dərəcə isti olur. Düzdür, matç axşam saat 9-da olacaq. Komandamız inkişafdadır. Hazırda mənim istədiyi qədər qol vurmağı bacaran komandam var. Nəticə vacibdir, lakin bunun necə əldə olunması mənim üçün az əhəmiyyət kəsb etmir”.

0
0