“Azərbaycan üzərindəki qələbə mənə böyük sevinc bəxş etdi”
28.07.2011 - 10:01
“Suriya ilə yoldaşlıq görüşündə əsas məqsəd Türkiyə və Azərbaycan yığmaları ilə rəsmi oyunlara hazırlıqdır. Komandada ilk növbədə müdafiə xəttini stabilləşdirmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin Avro-2012-in seçmə mərhələsində rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek deyib.
Sentyabrın 5-də Lənkəranda millimizin qonağı olacaq Beranekin komandası avqustun 10-da evdə Suriya ilə yoldaşlıq görüşü keçirəcək. Qazaxıstan indiyədək hər 3 oyunda uduzduğu Suriyanı “Astana-Arena”da qonaq edəcək.
Bununla rəsmi oyunlara təlim-məşq toplanışını başa vuracaq Beranek yeni futbolçuları sınayacaq: “Bu yoldaşlıq görüşündə bir neçə gənc futbolçuları yoxlamaq istəyirik. Ancaq ən əsası, qələbədir. Bu, beynəlxalq oyundur və qalib gəlmək istəyirik. Suriya ilə oyunda yüksək səviyyəli futbol nümayiş etdirmək fikrindəyik. Necə ki, Azərbaycanla oyunda bunu göstərdik. Aktiv, sürətli, hücum qrupunda çoxlu oyunçularla”.
Qazaxıstan yığması cari seçmə mərhələdə ilk qollarını, ilk xallarını iyunun 3-də yığmamızla görüşdə əldə etdi. Çexiyalı mütəxəssis hazırkı postunda ilk qələbəsi olan həmin görüşü hələ də unuda bilmir: “Sizin pozitiv enerjiniz futbolçulara keçir və artıq Azərbaycanla oyunda siz köklənməyi gördünüz. Azərbaycan üzərindəki qələbə şəxsən mənə böyük sevinc bəxş etdi. Ən əsası, ona görə ki, mən futbolçuların hərəkətində inam gördüm. İndi bizim sakit işləmək üçün vaxtımız var. Azərbaycanda üzərində qələbədən sonra daha inamla çalışırıq. Milli komandadakı işimin əvvəlində dedim ki, biz plana uyğun, addım-addım işləyəcəyik. Biz ilk addımı Almaniya ilə oyundan sonra etdik. Praktiki olaraq komandanı dəyişdik. İkinci addım Azərbaycan üzərində qələbədən sonra oldu. İndiki hərəkətlərimiz oyunumuzun sabitləşdirilməyidir. Bu, böyük ölçüdə müdafiə xəttinə aiddir”.

0
0