“Brügge”nin futbolçusu: Azərbaycan haqda yalnız yemək yeyəndə düşünürəm
28.07.2011 - 10:13
Avroliqanın III təsnifat mərhələsinin “Qarabağ”la oyunu ərəfəsində Belçika “Brügge”sinin futbolçusu Lior Refailov maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, komandanın yeni transferi Azərbaycana bağlılığı haqda da danışıb.
Rafa kimi tanınan 25 yaşlı yarımmüdafiəçi şərəfini qoruduğu İsrail milli komandasının yox, Azərbaycan yığmasının da formasını geyə bilərmiş. Təbii ki, valideynləri Bakını tərk etməsəydi. Çünki ötən ay Hayfa “Makkabi”sindən 2,5 milyon avro, üstəgəl gələcəkdəki transferinin 15 faizinə transfer olunan Rafanan atası ilə anası İsrailə məhz ölkəmizdən yollanıb.
2010/11 mövsümündə İsrailin ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi bunu belə izah edib: “Valideynlərim gənc yaşlarında Azərbaycanı tərk ediblər. Mən isə İsraildə anadan olmuşam. Bu üzdən də heç vaxt valideynlərimin vətəni ilə əlaqəm olmayıb. Azərbaycan haqda yalnız yemək yeyəndə düşünürəm. Bu, anam Azərbaycan yeməkləri hazırladığı vaxt baş verir”.

0
0