“Forması istəyimizə uyğun gəlsə, Kərimovu Bakıya aparacağam”
28.07.2011 - 10:20
“Forması istəyimizə uyğun gəlsə, Kərimovu Bakıya aparacağam”
Qazaxıstan millisinin futbolçusu Sergey Kərimov Azərbaycan yığmasına qarşı oynamaq istəməyib. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçisi Miroslav Beranek Almaniya Bundesliqasında çıxış edən yarımmüdafiəçinin millimizlə Avro-2012-in seçmə mərhələsində iyunun 3-də “Astana-Arena”dakı görüşə çıxmaqdan boyun qaçırdığını bildirib.

İndi Beranek Sergeyi Azərbaycana gətirmək istəyir və futbolçunun təklifini müsbət cavablandıracağına ümid edir: “Kərimov Azərbaycanla oyuna zədə üzündən gəlmək istəmədi. Həmin vaxt mövsümün sonu idi və onun klubunda problemləri vardı. Sergey yaxında “Duysburq”a keçib və oynamağa başlayıb. Onunla görüşlərini məşqçilərimizdən biri izləyir. Əgər biz başa düşsək ki, Sergeyin forması istəyimizə uyğun gəlir, biz onu Türkiyə və Azərbaycanla oyunlara çağıracağıq. Əminəm ki, gələcək. İndi Kərimov yeni komandasında oynayır və onu narahat etmək istəməzdim”.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 5-də Lənkəranda keçiriləcək.