“Qarabağ” darmadağınla üzləşdi - YENİLƏNİB
29.07.2011 - 00:21
“Qarabağ” darmadağınla üzləşdi - YENİLƏNİB
Avroliqada III təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” Belçikanın ən titullu komandalarından sayılan “Brügge”nin qonağı olub.

Brügge şəhərindəki “Yan Bleydels” stadionunda baş tutan qarşılaşmada qapılara 5 qol vurulub ki, meydan sahibləri erkən qolla azarkeşlərini sevindirib. 9-cu dəqiqədə Vleminksin zərbəsi qarşısında Pavliviç aciz qalıb – 1:0.

Komandalar fasiləyə elə bu hesabla da yollanıblar. İkinci hissəyə də hücumlarla başlayan “Brügge” 55-ci dəqiqədə Vaskesin sayəsində ikinci qolu vurub. Bundan cəmi 7 dəqiqə sonra “Qarabağ” fərqi azaldıb. Rauf Əliyev gözəl kombinasıyanı dəqiq zərbə ilə tamamlayıb.

Amma bu, “Qarabağ”ın “Yan Bleydels”də vurduğu son qol olub. Əvəzində meydan sahibləri 12 dəqiqəyə 2 qol vurmaqla, böyük hesablı qələbəni rəsmiləşdiriblər. 71-ci dəqiqədə Donkun, 83-cü dəqiqədə isə Dirarın zərbəsi qarşısıalınmaz olub.


28 iyul
Avroliqa, III təsnifat mərhələsinin ilk oyunu


“BRÜGGE” (BELÇİKA) – “QARABAĞ” (AZƏRBAYCAN) - 4:1
QOLLAR: Born Vleminks, 9; Viktor Vaskes, 55; Rayan Donk 71; Nabil Dirar, 83- Rauf Əliyev, 62
Baş hakim: Arnold Hunter (Şimali İrlandiya)
Brügge. “Yan Bleydels” stadionu

“BRÜGGE”: 1 Kolin Koosemans, 3 Mikael Almebek, 4 Karl Xufkens (K), 5 Fredrik Stenman, 6 Niki Zimlinq, 8 Lior Rafaelov, 9 Born Vleminks, 10 Nabil Dirar, 13 Viktor Vaskes, 18 Rayan Donk, 32 Vadis Odjidja
Ehtiyat oyunçular: 33 Vladan Kuyoviç, 15 Djozef Akpala, 19 Tomas Moyne, 20 Tibo van Aker, 26 Fris Desxilder, 27 Djimmi de Yonqe, 28 Yannes van Steenkiste

“QARABAĞ”: 99 Boyan Pavloviç, 2 Qara Qarayev, 5 Maksim Medvedev, 7 Namiq Yusifov (k), 11 Rauf Əliyev, 14 Rəşad Sadıqov, 17 Vüqar Nadirov, 22 Əfran İsmayılov, 24 Admir Teli, 25 Ansi Aqoli, 77 Georgi Adamiya
Ehtiyat oyunçular:1 Fərhad Vəliyev, 4 Zaur Həşimov, 9 Bəxtiyar Soltanov, 10 Emin İmaməliyev, 18 İlqar Qurbanov, 20 Nderim Nedzipi

Baş hakim matçın start fitini səsləndirir.
Stenman kobud oynayır.
Zədə alan Nadirov yerdə qalıb. Amma tezliklə ayağa durur.
Donk qaydanı pozur. Rauf zərimə zərbəsini yerinə yetirir.
“Brügge” erkən qol vurmağa nail olur.
Vleminks 9-cu dəqiqədə hesabı açır.

Meydan sahiblərinin daha bir təhlükəli hücumu. Pavloviç yerindədir.
Nadirov 13-cü dəqiqədə İlqar Qurbanovla əvəzlənir.
“Brügge” künc zərbəsi vurur.
Zimlinqin qayda pozuntusundan sonra Rəşad cərimə zərbəsini yerinə yetirir.
Bu dəfə Aqolli rəqibə qarşı kobudluq edir.
Pavloviç Vaskesin qüvvətli cərimə zərbəsinin qarşısını alır.
Pavlovç bu dəfə Zimlinqin zərbəsini çətinliklə zərərsizləşdirir.
Aqolli qaydanı pozur. Dirar cərimə zərbəsi vurur.
Əfran topu künc zərbəsindən qapı qarşısına ötürür. Rəqib müdafiəçilər təhlükəni sovuşdururlar.
İlqar rəqib futbolçunun qarşısını kobudluqla alır.
Əfranın zərbəsi alınmır
Rauf Əfranın ötürməsini sinəsiylə ram etsə də son anda zərbə endirməyə imkan vermirlər. Üstəlik, Rauf zədə də alır.
Hissənin sonunda meydan sahibləri yenidən fəallaşmaq istəyirlər.
İlk yarının son dəqiqləri gedir.
Birinci hissə başa çatdı.

İkinci 45 dəqiqə başladı. Görək, “Qarabağ” rəqib meydanında qol vura biləcəkmi?
Aqolli sarı vərəqə ilə cəzalandırlır.
Odjidjanın zərbəsindən sonra top kornenə çıxır.
Vaskes künc zərbəsi vurur.
Odidjanın baş zərbəsi təhlükəli alınsa da, qeyri-dəqiqdir.
55-ci dəqiqədə hesab dəyişdi.
Vaskes dəqiq zərbə ilə ikinci topu “Qarabağ”ın qapısından keçirdi.

Maksim zədələnir
Əfranın sağ cinahdan zərbəsi tirdən geri dönür.
“Qarabağ” fərqi azaldır.
62-ci dəqiqədə Əfranın ara ötürməsiylə Rauf bir müdafiəçini keçərək topu tora göndərir, 2:1.

Rəqib şokdadır. Bu dəqiqlərdən istifadə etmək lazımdır.
Donk Aqolliyə qarşı kobudluğa görə sarı vərəqə alır.
Belçikalıların növbəti qol sevinci. Donk aut atışından sonra hesab arasındakı fərqi artırır, 3:1.
Adamiya rəqibin qarşısını kobudluqla alır. Zimlinq cərimə zərbəsini yerinə yetirir.
Rəqib yenə qol vursa da ofsayd qeydə alınır.
Rəqibdən şərəfsiz örnəyi . Rauf zədələnərək yerdə qalsa da, hücum etməkdə davam edirlər. Ardınca Qaraya qarşı kobudluq nəzərə alınmır.
Bu qədər də biabırçılıq olmaz!! Qara kənarda, Maksimi də sərt müdaxilə ilə yerdə qoyublar. Komandamız 8 nəfərlə müdafiə olunur
Zədəli Qara Qarayevin əvəzinə meydana Zaur Həşimov çıxır.
“Brügge” hesabı arasındakı fərqi 3 topa çatdırır. 83-cü dəqiqədə Dirar fərqlənir.
Rafaelov Moyne ilə əvəzlənir.
Qurbanov Maksimin yerinə Nedzipini buraxır.
Əfran qapıçıyla təkbətək çıxsa da, son anda müdafiəçilər topu uzaqlaşdırırlar.
Zaurun baş zərbəsi qapıdan aralı keçir.
Matçın son dəqiqələri gedir.
Oyun başa çatdı.
Komandalar arasında cavab matçı avqustun 5-də Bakıda keçiriləcək.